“Azərbaycanda müsəlman aləmində ilk demokratik respublikanın yaranması tarixi hadisədir”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə bu gün keçirilmiş rəsmi qəbulda çıxışı zamanı Azərbaycan prezidenti ilham əliyev deyib.
Ölkə başçısının sözlərinə görə, Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycan sovetlər birliyinin tərkibində mürəkkəb yol keçib. Həmin illərdə elm və təhsil, neft sahəsində müəyyən irəliləyişlər olub.
Prezident ilham əliyev Heydər əliyev birinci dəfə rəhbərliyə gəldikdən sonra Azərbaycanda gedən inkişaf proseslərindən danışıb, müstəqilliyin ilk illərində ölkədəki çətin vəziyyətdən bəhs edib:
“Heydər əliyevin rəhbərliyi altında Azərbaycan dövlətçiliyinin əsası qoyulub, azərbaycançılıq ideologiyası bərqərar olub. 2003-cü ildən bu günə qədər Azərbaycan Heydər əliyev yolu ilə gedir. Xalqımız bir amal ətrafında birləşib. Azərbaycanın dayanıqlı, uzunmüddətli inkişaf strategiyası təmin edilib”.
Bu il Azərbaycanda "Multikulturalizm ili"nin elan edildiyini, indiki şəraitdə bunun dünyaya bir mesaj olduğunu deyən prezident onu da qeyd edib ki, xarici siyasətdə Azərbaycanın maraqları uğurla təmin olunur.
Dövlət başçısı 28 May - Respublika günü münasibətilə xalqı təbrik edib, sabitlik və inkişaf arzulayıb.
http://az.azvision.az/%60Xalqimiz_bir_amal_etrafinda_-91661-xeber.html